Nemət Pənahlı canlı yayımda başıüstə dayandı – Video

Nemət Pənahlı canlı yayımda başıüstə dayandı – Video

“TV Müsavat”ın qonağı olan siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yoqa ilə məşğul olmasından danışıb.

AzerTimes xəbər verir ki, daha sonra o, canlı yayında aparıcı Sevinc Telmanqızının xahişi ilə stulda başıüstə dayanıb.

N. Pənahlı bildirib ki, yarım saat belə dayana bilər:

“Yarım saat da, 1 saat da bu cür dayana bilərəm, baxır insanın hazırlıq səviyyəsinə. Hazırda 1 saat dayana bilərəm…”

Təxminən 10 dəqiqədən sonra aparıcı 61 yaşlı siyasətçidən bu hərəkətini dayandırmasını istəyib.

Həmin görüntüləri təqdim edirik:

Teqlər: