Neft və neft məhsulları ilə çirklənmiş 4040 hektar mədən ərazilərinin 2436 hektarı təmizlənərək bərpa edilib.
SOCAR-dan AzerTimes-a verilən məlumata görə, şirkət fəaliyyət göstərdiyi ərazilərdə hasilat ilə yanaşı ətraf mühitə mənfi təsirləri minimuma endirməkdə maraqlıdır.
“Bu günə kimi SOCAR əməkdaşları tərəfindən 1 milyondan çox bitki əkilib.
Eləcə də 2006-2021-ci ilin oktyabr ayına qədər neft və neft məhsulları ilə çirklənmiş 4040 ha mədən ərazilərinin 2436 ha təmizlənərək bərpa edilib”, – deyə məlumatda qeyd edilir.