Neftlə bağlı bu qərarı qəbul etməyəcəyik – Peskov

Neftlə bağlı bu qərarı qəbul etməyəcəyik – Peskov

Rusiya neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, Avropa Birliyi, G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barrelinin qiymətini 60 dollar məbləğində müəyyən ediblər. D.Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib.

Rusiya hökuməti sədrinin müavini Aleksey Novak da məsələ ilə əlaqədar qeyd edib ki, RF qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.

Teqlər: