2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinə dəyişiklik edilə bilər.
AzerTimes xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda maliyyə naziri Samir Şərifov deyib.
“Dəyişiklik edilə bilər. Hesab edirik ki, bunun üçün əsaslar var”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb.