Neftin qiyməti 139 dollara çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Dünya bazarlarında “Brent” neftinin qiyməti 139 dollara
çatıb.

Trend bu barədə “Bloomberg” agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən
ucuzlaşmağa başlayıb. Hazırda birjalarda “Brent” neftinin may
fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.

Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər
olub.


“JPMorgan Chase & Co.” agentliyinin proqnozlarına əsasən,
Rusiyadan neft nəqlinin dayanması təqdirində “Brent” neftinin
qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.

Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək
çatmaqla tarixi rekordu vurmuşdu.

Teqlər: