“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 23:33 üçun (Bakı vaxtı) 5,1 faiz bahalaşaraq 73,48 dollar/barel təşkil edib.
AzerTimes-ın məlumatına görə, “WTI” markalı neftin qiyməti isə 5,33 faiz artıb və 69,79 dollar/barelə çatıb.
Saat 23:37 üçun (Bakı vaxtı) “Brent”in qiyməti 73,52 dollar/barel (+5,21 faiz), “WTI” isə 69,87 dollar/barel (+ 5,45 faiz) səviyyəsində alınıb-satılıb.