Neftə olan gündəlik tələbat 101 milyon barreli keçəcək

Neftə olan gündəlik tələbat 101 milyon barreli keçəcək

Bu il dünyada neftə olan gündəlik tələbat 2,2 milyon barrel artaraq 101,8 milyon barrelə çatacaq.

AzerTimes xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) hesabatında qeyd edilib.

OPEK bu il Çində iqtisadi göstəricilərin COVİD-19 məhdudiyyətlərinin yumşaldılması fonunda yaxşılaşacağını, eyni zamanda, iqtisadi çətinliklərə görə digər ölkələrdə artımın bir qədər azalacağını gözləyir.

Proqnozlara görə, 2023-cü ilin birinci rübündə dünyada neftə tələbat sutkada 1,7 milyon barrel olacaq.

Teqlər: