Neftə görə tankerlərə tələbat kəskin artdı

Neftə görə tankerlərə tələbat kəskin artdı

Dünyada neft və neft məhsullarının daşınması üçün tankerlərin tikintisində artım müşahidə olunur.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bunun səbəbinin enerji axınlarının Asiya ölkələrinə yenidən istiqamətləndirilməsi ilə bağlı olduğu bildirilir.

“Braemar” gəmiqayırma brokerinin məlumatına görə, 2023-cü ilin birinci rübündə 38 orta ölçülü tanker sifariş edilib. Bununla da, bu üç aylıq dövr 2013-cü ildən bəri gəmi inşaatçıları üçün ən işlək dövr olub.

Teqlər: