“Neftçi”nin matçında topa ilk zərbəni bu uşaq vuracaq

“Neftçi”nin matçında topa ilk zərbəni bu uşaq vuracaq

Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov özünün Feysbuk hesabında bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisi saat 15:00-da başlayacaq.

Teqlər: