“Neftçi”nin sabiq futbolçusu Marian Aliuta kilsədə işə başlayıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə veteran yarımmüdafiəçi “digisport.ro” saytına açıqlama verib.
O bildirib ki, həyatında baş verən problemlər səbəbindən bu addımı atıb:
“Bəzi çətinliklərim var idi. Tanrıya problemlərimi danışdım, o da məni bura çağırdı. Bunu hiss etdim və dərhal gəldim. Qısa zamanda hər şey öz axarına düşdü. Tanrıya sonsuz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Marian Aliuta “Neftçi”də 2009/2010 mövsümündə çıxış edib.