“Neftçi”nin rumın baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.
AzerTimes xəbər verir ki, İlfov məhkəməsi mütəxəssisin aylıq 2 min avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 min avro təşkil edirdi.
Qeyd edək ki, rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.