İlk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik. Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik.
AzerTimes xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
“Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq”, – mütəxəssis bildirib.
Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda “ağ-qaralar” 0:2 hesabı ilə uduzub.