“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bakıda “Neftçi”ni 3:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Türkiyə futbolunun tarixinə düşüb.
AzerTimes xəbər verir ki, çalışdırıcı kimi avrokuboklarda 41-ci matçına çıxan 71 yaşlı mütəxəssis 20-ci qələbəsini qazanıb.
Günəş bununla “Qalatasaray”ın sabiq baş məşqçisi Fateh Terimin rekordunu təkrarlayıb.