Avqustun 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçirilib.
AzerTimes xəbər verir ki, Şamaxı şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab maçın 80-ci dəqiqəsində açılıb. Yeganə qolun müəllifi “Neftçi”nin kapitanı Emin Mahmudov olub.
Günün ikinci matçında “Sabah” və “Sumqayıt” komandaları qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda qolları 27-ci dəqiqədə Anatoli Nuriyev, 53-cü dəqiqədə Coy-Lens Mikels və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kristian Sebalyos vurublar.
Qeyd edək ki, tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.