Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir qarşılaşması baş tutub.
AzerTimes xəbər verir ki, Qəbələdə eyniadlı komanda “Neftçi”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Neftçi” liderliyə yüksəlib. 9 xalı olan “Qəbələ” isə 5-ci sırada qalıb.
Günün ikinci oyununda “Səbail” “Zirə”ni qəbul edir.