Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun iki görüşü baş tutub.
AzerTimes xəbər verir ki, ilk matç Tovuzda baş tutub. Yerli komanda “Turan Tovuz” “Neftçi”ni qəbul edib. Görüş 1-1 hesabı ilə yekunlaşıb.
Günün digər matçında isə “Səbail” “Sabah”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də olacaq. Ötən gün “Kəpəz” “Qəbələ”ni 2-1 məğlub edib.