“Neftçi”də gözlənilməz ayrılıq reallaşıb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, klubun kommersiya üzrə direktoru Rüstəm Allahverdiyev vəzifəsindən ayrılıb.
Qeyd edək ki, mətbuat və marketin departamentinin rəhbəri olan təcrübəli funksioner sentyabrda vəzifəsini dəyişmişdi. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılmışdı. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimli təyin olunmuşdu. Emin Əfəndi də klubun mətbuat xidmətinin rəhbəri kimi çalışmağa başlamışdı.