Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AzerTimes xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri “Sabah” və “Neftçi”nin də potensial rəqibləri bəlli olub.
“Neftçi” – “Beşiktaş” cütünün qalibi pley-offda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) cütünün güclüsü ilə üz-üzə gələcək. “Neftçi” – “Beşiktaş” cütünün qalibi ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə Serbiya “Partizan”ını keçsə, pley-offda “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.