Neftçi U-19 Gənclər Liqasında Kəpəzi məğlub etdi

Neftçi U-19 Gənclər Liqasında Kəpəzi məğlub etdi

“Neftçi”nin U-19 komandası Gənclər Liqasına uğurlu başlayıb.

“Ağ-qaralar” ilk turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub ediblər.

“Neftçi”nin heyətində Mehman Məsimov dubla imza atıb.

Binə qəsəbə stadionunda baş tutmuş görüşdə paytaxt təmsilçisinin digər qolunu isə Fariz Qasımov vurub.