“Neftçi” Türkiyə komandası ilə qarşılaşdı

“Neftçi” Türkiyə komandası ilə qarşılaşdı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu ilk yoxlama oyununu keçirib.

AzerTimes xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bakı təmsilçisinin heyətində yeni transfer Qodsvey Donyo fərqlənib.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Teqlər: