UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubu Azərbaycanın “Neftçi” klubunu qəbul edib.
AzerTimes-ın məlumatına görə, oyunun 29-cu dəqiqəsində “Olimpiakos”un futbolçusu M.Kamara hesabı açıb. 43-cü dəqiqədə meydan sahibləri azlıqda qalıblar – oyunda yeganə qolun müəllifi qırımızı vərəqə alaraq meydandan qovulub.
63-cü dəqiqədə “Neftçi”nin də bir oyunçusu (M.Çelik) qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.
Qarşılıqlı hücumlarla davam edən oyun meydan sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.