“Neftçi” “Match TV” beynəlxalq turnirində Serbiya çempionu “Srvena Zvezda” ilə qarşılaşıb.
AzerTimes xəbər verir ki, qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.
Qeyd edək ki, “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.
Paytaxt klubu son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də keçiriləcək.