Azərbaycan Premyer Liqasında XII tur davam edir.
AzerTimes məlumatına görə, bu gün daha bir oyun keçirilib.
Günün ilk matçında Qəbələnin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini ikinci hissədə vurulan 2 qol həll edib. 60-cı dəqiqədə Dieqo Valdes, 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev meydan sahiblərini cəzalandırıblar.
Nəticədə rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 18-ə çatdırıb. “Qəbələ” isə 8 xalda qalıb.
Tura bu gün keçiriləcək “Sabah” – “Zirə” (18:30) oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib.