Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tur başa çatıb.
AzerTimes xəbər verir ki, turun mərkəzi görüşündə “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqların qolunu 33-cü dəqiqədə Kilan Lebon vurub. Höccət Haqverdi isə 83-cü dəqiqədə avtoqol müəllifi olub.
Hazırda üçüncü pillədə qərarlaşan “Neftçi” xallarının sayını 49-a çatdırıb. “Qarabağ”ın isə 62 xalı var.