“Neftçi” onun üçün vida matçı təşkil edəcək

“Neftçi” onun üçün vida matçı təşkil edəcək

Ötən ay karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov yetirməsi olduğu “Neftçi”nin heyətində vida matçı keçirəcək.

Klubdan AzerTimes-a verilən məlumata görə, 36 yaşlı keçmiş yarımmüdafiəçinin futbolla rəsmən vidalaşması “ağ-qaralar”ın Bakıda Rusiyanın “Zenit” komandasına qarşı oynayacağı yoldaşlıq görüşünə təsadüf edəcək.

Noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib. O, 2011-ci və 2012-ci illərdə paytaxt klubunun heyətində Azərbaycan çempionu olub.

Teqlər: