“Neftçi” futbol klubu 29 yaşlı nigeriyalı hücumçu ilə yollarını ayırıb.
Klubdan AzerTimes-a verilən məlumata görə, “ağ-qaralar” hücumçu Aaron Olanare ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, A.Olanare bu mövsüm paytaxt klubunun heyətində 15 matçda 3 qol və 2 məhsuldar ötürmə edib.