“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
AzerTimes xəbər verir ki, təmsilçimiz Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşacaq.
İlk matçda Polşanın “Lexiya” (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən komanda səfərdəki cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” “Rapid”a qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək.