Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir qarşılaşması baş tutub.
AzerTimes xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib.
Elə də baxımlı alınmayan qarşılaşmada meydan sahibləri 1-0 hesabı ilə qalib gəliblər. Görüşdə yeganə qola 74-cü dəqiqədə moldovalı müdafiəçi Denis Marandiçi imza atıb.
Komandalar arasında cavab matçı aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, ötən gün yarımfinalın ilk matçında “Qəbələ” öz meydanında “Səbail”i 3:2 hesabı ilə məğlub edib.