Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib.
AFFA xəbər verir ki, komandanın ehtiyat heyətində yer alan “Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov yığmanın toplanışına dəvət olunub.
Qeyd edək ki, 2015-ci ildən əsas milliyə dəvət alan Namik Ələskərov indiyədək 16 oyunda forma geyinib.
Xatırladaq ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.