Neftçi klubu Dario Frederiko ilə yollarını ayırdı

Neftçi klubu Dario Frederiko ilə yollarını ayırdı

“Neftçi” müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, Dario Frederiko “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.