“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində sabah “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransı təşkil edib.
AzerTimes xəbər verir ki, ilk görüşdə 3:1 hesablı qələbə qazanan komandanın baş məşqçisi sabahkı matçda da qalib gəlməyə çalışacaqlarını qeyd edib:
“Sıx qrafikdəyik. 3 gündən bir oyun keçiririk. Bu periodu yaxşı keçirməliyik. Hazırda problemimiz yoxdur. “Neftçi” ilə matça üstün başlayacağıq. İlk oyunda 3:1 hesablı qələbə qazanmışıq. Lakin hələ mərhələni keçməmişik. Oynayıb, qazanmalıyıq. “Neftçi” texniki cəhətləri yaxşı olan komandadır. Öz oyunumuzu oynayıb, mərhələni keçmək istəyirik. Ümid edirəm, əyləncəli oyun olar və yolumuza davam edərik”.
Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu sabah saat 21:00-da başlayacaq.