Oyundan öncə “Neftçi”ni istəyirdik sıxışdıraq. Ancaq gördük ki, bu alınmır. “Neftçi” hər addımda bizim planlarımızı pozur.
AzerTimes xəbər verir ki, bunu Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer Bakıda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Avstriyalı mütəxəssis “Neftçi”dən Eddi İsrafilovu fərqləndirib:
“O, fərdi planda fərqlənən futbolçudur. Biz isə təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”.
42 yaşlı baş məşqçinin sözlərinə görə, məğlubiyyət onlara pis təsir etməyib:
“1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar”.
Qeyd edək ki, cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.