Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Klubdan AzerTimes-a verilən məlumata görə, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.
31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın “ağ-qaralar”la 2024-cü ilin yayınadək sözləşməsi var idi.