Neftçi FK-dan ayrılan futbolçu Riqa ilə müqavilə imzaladı

Neftçi FK-dan ayrılan futbolçu Riqa ilə müqavilə imzaladı

“Neftçi FK” ilə yollarını ayıran Dario Frederikonun yeni klubu müəyyənləşib.

Braziliyalı hücumçu “Riqa” futbol klubu ilə müqavilə imzalayıb. Bu barədə Latviya klubunun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Dario Frederiko Azərbaycanda “Kəpəz”in də formasını geyinib. O, “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.

Dario Frederiko