Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” “Zirə”ni qəbul edib.
AzerTimes xəbər verir ki, matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin qanalı hücumçusu Qodfrey Donyo 14-cü dəqiqədə fərqlənib. Hamidu Keyta 54-cü dəqiqədə penaltidən hesabı bərabərləşdirsə də, Azər Əliyev 79-cu dəqiqədə qələbə topunu vurub.
Bununla da “Neftçi” xalını 9-a yüksəldib. “Zirə” isə 4 xalda qalıb.
Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”la qolsuz heç-heçə edib.