“Neftçi” futbol klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” M.Bojoviç ilə olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib. Klub monteneqrolu məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Neftçi” ötən ilin sonunda komandaya baş məşqçi təyin olunan mütəxəssisin rəhbərliyi ilə mövsümü beşinci yerdə bitirib və avrokuboklara vəsiqə qazana bilməyib.