Neftçalanın bu yolları baxımsız vəziyyətdədir – Foto

Neftçalanın bu yolları baxımsız vəziyyətdədir – Foto

Neftçala rayonunun 5-ci məhəlləsinin yolları bərbad vəziyyətdədir.

Bu barədə AzerTimes-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, illərdir baxımsız qalan yollarda gediş-gəliş xeyli çətinləşib:

“Onsuz da bərbad olan bu yollar qışda ümumiyyətlə keçilməz olur. Məktəb və uşaq bağçasının arasında olan yol ətrafda ən çox istifadə olunan yoldur. Yağışdan sonra yoldan avtomobillə belə keçmək mümkün deyil. Uşaqlar məktəbə, bağçaya gedəndə əziyyət çəkirlər. Məhəllədəki əsas yol təmir olundu, asfalt döşəndi, amma ara yollar olduğu kimi qaldı. Dəfələrlə icra hakimiyyətinə, digər aidiyyatı qurumlara müraciət etmişik. Amma müraciətimizə baxan yoxdur. Ətrafda az istifadə olunan yollara daş töküb, təmir elədilər, amma bizim bu yolun təmiri barədə hələ də düşünən yoxdur”.

Sakinlərin şikayəti əsasən Neftçala rayon İcra Hakimiyyəti Başçısının şəhər İƏD üzrə nümayəndəsi Elşad Əzizovdandır:

“Dəfələrlə ona müraciət etmişik, amma heç bir faydası yoxdur. Məhz onun tapşırığı ilə istifadə olunmayan yollara daş tökülüb, amma bizim məhəllənin yolları bərbad vəziyyətdədir”.

Teqlər: