Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

08 iyul 2021-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbə sakini 1976-cı il təvəllüdlü Zaur Məmmədovun bıçaqla sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Neftçala rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı Vahid Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zaur Məmmədova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən ölüb.

Toplanmış kifayət qədər sübutlar əsasında Vahid Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: