Neftçala rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alınması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənabad avtombil yolunda qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri – 1968-ci il təvllüdlü Tofiq İsgəndər oğlu Hüseynov və 1979-cu il təvəllüdlü Elnur İsa oğlu Zeynalov hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan 2010-cu il təvəllüdlü Bayram İntiqam oğlu Balaşov isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.