Neftçala rayonunda ümumi sahəsi 354 m² olan birmərtəbəli inzibati binanın giriş hissəsində quraşdırılan elektrik lövhəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.