Neftçalada 54 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
AzerTimes xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndində baş verib.
1970-ci il təvəllüdlü Elçin Məmmədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.