Neft tükənməyəcək, nəticələrimizə də bəs edər – Kalenkov

Neft tükənməyəcək, nəticələrimizə də bəs edər – Kalenkov

Dünyada neftin tükənəcəyindən qorxmağa dəyməz, “qara qızıl”ın mövcudluğu texnologiyanın inkişafından asılıdır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı ekspert İlya Kalenkov deyib.

“Neft bitməyəcək. Bu, təkcə bizim deyil, nəvə-nəticələrimizin əsrinə də bəs edər. Amma necə deyərlər, daş dövrü daşlar bitdiyi üçün bitmədi. Ola bilər ki, bəşəriyyət neft-kimyanı havadan sintez etməyi öyrənsin, sonra neftə ehtiyac qalmayacaq. Bu, gələcək texnologiyaların məsələsidir”, – Kalenkov bildirib.

Onun sözlərinə görə, indi bəşəriyyət 3-3,5 kilometr dərinlikdən neft çıxarır və bu, neft hasilatı üçün norma hesab olunur:

“Hətta 100 il əvvəl Bakıda neft vedrələrlə yığılırdı, yəni sadəcə olaraq quyu qazılırdı, orada su yox, neft var idi”.

Teqlər: