Yaxın Şərq münaqişəsinin eskalasiyası uzun müddət davam edərsə, dünyada neft qiymətləri kəskin şəkildə arta bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın “Naviqator Principal İnvestors” investisiya şirkətinin direktoru Kayl Şostak deyib.
“Yaxın Şərq münaqişəsi uzanarsa və Hörmüz boğazı yenidən bağlanarsa və ya Qırmızı dənizə yaxınlaşan tankerlərin ələ keçirilməsi güclənərsə, logistika və sığorta xərclərinin artması səbəbindən neft qiymətləri yüksələcək. Regiondakı vəziyyəti nəzərə alsaq, bu ssenari çox aktualdır”, – Şostak bildirib.