Neft qiymətində bahalaşma var

Neft qiymətində bahalaşma var

Dünya birjalarında neft cüzi bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,04% artaraq 44,48 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,13% artaraq 46,98 dollar olub.