Neft niyə ucuzlaşır?

Neft niyə ucuzlaşır?

Hesab edirəm ki, neftin ucuzlaşması gözlənilmir. Son qiymət azalmaları isə bazarın baş verənlərə emosional münasibətidir. Ola bilsin ki, gün ərzində neftin qiymətində artım müşahidə olunsun.

Bu sözləri AzerTimes-a açıqlamasında dünya birjalarında neftin qiymətinin bir müddətdir aşağı düşməsi ilə bağlı danışan iqtisadçı ekspert İlham Şaban deyib.

“Neftin ucuzlaşması istehlak bazarında 2.5% azalma ilə əlaqədardır. Hazırda neftin qiyməti 2022-ci il 11 yanvar tarixi səviyyəsinə düşüb. Bu, əsasən, iki səbəblə bağlıdır: birincisi, “Şevron” şirkətinə Amerikanın sanksiyaları altında olan Venesuelada neft hasilatına icazə verilməsi, ikincisi isə Çində COVİD-19 pandemiyası ilə bağlı yeni başlanan məhdudlaşdırıcı tədbirlərin görülməsidir. Bu da nəticə etibarilə enerji istehlakının azalmasına gətirib çıxarır. Təbii ki, bu, qiymətlərdə də özünü əks etdirməlidir”, – ekspert qeyd edib.

İ.Şaban onu da qeyd edib ki, bütün hallarda, neftin qiyməti ötən ilin orta qiyməti ilə müqayisədə 50% artıb.

Teqlər: