Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatdı

Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatdı

16:07

Saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava müşahidə olunur.

AzerTimes xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşlarında stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

“Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 6, Aran rayonlarında 13 dərəcəyədək, dağlıq rayonlarda isə 9 dərəcə isti qeydə alınıb”, – G.Məmmədova vurğulayıb.

O bildirib ki, ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarında tədricən zəifləyəcək: “Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.

***

Saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Teqlər: