Neft bazarı 2022-ci lilin yazına kimi bərpa oluna bilər – Lukoyl

Neft bazarı pandemiyanın fəsadlarından 2022-ci ilin yazınadək bərpa oluna bilər.

Trend-in məlumatına görə, bunu Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Peterburq beynəlxalq iqtisadi forumunda deyib.

O bildirib ki, neft hasilatının tənzimlənməsi üzrə OPEC+ sazişi 2022-ci ilin yazınadək qüvvədədir:


“Ümid edirik ki, həmin vaxtadək bazar bərpa olunacaq. Bu gün neft qiymətləri qeyri-stabildir. Ona görə də OPEC+ sazişi ilə tənzimlənir. Amma bu saziş 5 milyon barel/sutkadan çox nefti ehtiyatda saxlayır. Yəni, saziş pozulsa, bu neft bazara daxil olacaq. Bundan başqa, İran amilini də nəzərə almaq lazımdır. Bütün bu amilləri nəzərə alaraq neft qiymətini bir barel üçün 50 dollar ətrafında büdcəyə daxil edirik”.

Teqlər: