Dünən Ukraynanın həyata keçirdiyi PUA hücumları nəticəsində “Slavyansk-ECO” neft emalı zavodu, İlyinski neft emalı zavodu, Kuşevski neft emalı zavodu, Krasnodar diyarının Kuşçevskaya kəndindəki hərbi aerodromlara, bir sıra obyektlərə zərər dəyib, partlayış və yanğınlar baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna vətəndaşı olan rus jurnalist Aleksandr Nevzorov məlumat yayıb.
Rusiyanın isə Ukraynanı bombardman etməsi nəticəsində Krivoy Roq və Dnepr vilayətlərində enerji infrastrukturuna zərbə vurulub. Atılan 34 raketdən (“Kalibr”, S-300, “İsgəndər”, “Xəncər”) 21-i vurulub”, – jurnalist bildirib.