Ned Prays vəzifəsindən azad edildi

Ned Prays vəzifəsindən azad edildi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Qeyd olunub ki, N.Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək.

E.Blinken deyib ki, Prays ABŞ-ın xarici siyasətinin siması və səsi olub:

“O, həddindən artıq peşəkar və dürüst işləyib. Dövlət Departamenti adından Praysa təşəkkür edirəm”.

Qeyd edək ki, Ned Prays 2021-ci ildən bu vəzifəni icra edirdi.

Teqlər: