Nəbatat bağının ərazisi artırıldı

Nəbatat bağının ərazisi artırıldı

Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olarkən bildirilib.

Qeyd edilib ki, vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir.

Layihəyə əsasən bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.

Teqlər: